...

THY İstanbul-Bakı-İstanbul aviareysinə əlavə biletlər satışa çıxaracaq

İqtisadiyyat Materials 1 İyul 2020 07:26 (UTC +04:00)
THY İstanbul-Bakı-İstanbul aviareysinə əlavə biletlər satışa çıxaracaq

Bakı. Trend:

Türk Hava Yolları iyulun 3-də həyata keçiriləcək İstanbul-Bakı-İstanbul aviareysini həyata keçirəcək təyyarəni daha böyüyü ilə əvəz edib.

Türk Hava Yollarından Trend-ə verilən məlumata görə, bununla əlaqədar əlavə biletlər satışa çıxarılacaq:

"İyulun 3-ü, cümə günü baş tutacaq TK4932/4933 reysi üçün nəzərdə tutulan təyyarə daha böyüyü ilə əvəz edilib. Əlavə biletlər qısa müddətdən sonra www.turkishairlines.com saytında satışa çıxarılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti