...

102 obyektdə qayda pozuntusu aşkarlanıb (FOTO)

İqtisadiyyat Materials 19 Avqust 2020 14:10 (UTC +04:00)
102 obyektdə qayda pozuntusu aşkarlanıb (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

102 obyektdə karantin qaydalarının pozulması aşkar edilib.

Bunu Trend-ə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Araz Kərimov bildirib.

Onun sözlərinə görə, karantin rejiminin qaydaları çərçivəsində sahibkarların düzgün fəaliyyətinə nəzarətlə bağlı gücləndirilmiş iş rejiminə başlanılıb:

"Dövlət Vergi Xidməti və digər qurumların nümayəndələri ilə birlikdə 50 nəfərdan artıq işçi heyət yaradılıb və sahibkarların karantin rejiminə əməl olunması ilə bağlı reydlər keçirilir.

Dünənki reydlərin təhlili onu göstərdi ki, bəzi sahibkarlar hələ də karantin rejiminin qaydalarını tam öyrənməyib. Ötən gün 1600-dən çox təsərrüfat subyektində müşahidə aparılıb və 102 qayda pozuntusu aşkar olunub. Ən çox qayda pozuntusu ictimai iaşə obyektlərində qeydə alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti