...

Yanacağın qiymətinin artırılması ilə yanaşı sosial müdafiə tədbirləri də gücləndirilir - Deputat

İqtisadiyyat Materials 5 Yanvar 2021 13:19 (UTC +04:00)
Yanacağın qiymətinin artırılması ilə yanaşı sosial müdafiə tədbirləri də gücləndirilir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Tarif Şurasının qərarına əsasən bu gündən Aİ 92 benzinin və dizel yanacağının qiyməti dəyşib. Amma dövlət yanacağın qiymətinin dəyişməsi ilə paralel ölkədə kəskin qiymət artımının baş verməməsi üçün qabaqlayıcı tətbirlər görür.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, məsələn, ictimai nəqliyyatda qiymət artımının baş verməməsi üçün ictimai nəqliyyat xidməti göstərən şirkətlərə subsidiya ödəniləcəkdir:

“Kənd təsərrüfatı məhsullarının istehsalının maya dəyərinin artmaması üçün isə həmin sahəyə verilən dövlət subsidiyalarına yenidən baxılacaqdır. Əhalinin az təminatlı təbəqəsinin alacağı müavinətlər, pensiyalar və təqaüdlər artırılıb. Yəni, dövlət yanacağın qiymətinin artırması ilə yanaşı əhalinin sosial müdafiəsi tədbirlərini də gücləndirir. Həm də qeyd etməliyəm ki, 2020-ci ildə bu kateqoriyaya aid insanların müavinətlərinin artırılması ilə bağlı addımlar atılıb. Məsələn, şəhid ailələrinə verilən aylıq müavinət 300-dən 500 manata, Milli Qhrəmanlara verilən Prezident təqaüdü 1500-dən 1800 manata çatdırılıb. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb və bu istiqamətdə görülən işlərin siyahısını daha da genişləndirmək olar. Yanacağın qiymətinin artımı düşünürəm ki, ailələrə çox təsir etməyəcək. Bu artımdan dövlət büdcəsinə gələcək gəlirlər yenidən əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcəkdir”.

Deputat bildirib ki, yanacağın qiyməti artanda biz region və dünyadakı vəziyyət ilə ölkəmizi müqayisə edirik: “Düşünürəm ki, bu daxili bazarı qorumaq baxımından düzgün yanaşmadır. 2020-ci ildə dünya bazarlarında benzinin qiyməti 14% artıb. Azərbaycanda isə benzinin qiymətində axırıncı artım 2017-ci ildə, dizel yanacağında 2013-cü ildə olub. Qonşu ölkələrdə isə benzinin və dizel yanacağının qiymətinin 2020-cil ildə də müəyən qədər artaraq baha olması bu məhsulların qeyri-qanuni yollarla ölkəmizdən çıxarılmasını artırmışdı. Bu da müəyyən vaxtdan sonra daxili bazarda qıtlığın yaranmasına gətirib çıxarardı. Bu baxımdan Tarif Şurasının qərarı başa düşüləndir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti