...

Türkiyə şirkətləri azad edilmiş ərazilərin bərpasına dəstək üçün Azərbaycana gəlib (FOTO)

İqtisadiyyat Materials 21 Yanvar 2021 10:55 (UTC +04:00)
Türkiyə şirkətləri azad edilmiş ərazilərin bərpasına dəstək üçün Azərbaycana gəlib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin Tüm Kalkınma İş Adamları və Girişimcilər Dərnəyinin (TÜMKİAD) İdarə Heyətinin sədri İlhami Öztürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında görüş keçirilib.

Trend-in məlumatına görə, görüş zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri, orada məskunlaşacaq insanların məşğulluğunun təmin edilməsi məsələləri müzakirə edilib. İ.Öztürk bildirib ki, rəhbərlik etdiyi təşkilat həmin ərazilərdə bərpa işlərinə dəstək göstərməyə hazırdır və səfərin məqsədi Azərbaycanın müvafiq qurumları ilə bu məsələləri müzakirə etməkdir.

Onun sözlərinə görə, Azərbaycana bu istiqamətdə dəstək proqramı çərçivəsində daha çox sənaye zavodlarının və tekstil fabriklərinin qurulmasına üstünlük verilməsi nəzərdə tutulur.
Görüşün sonunda Sahibkarlar Konfederasiyası ilə TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti