...

Ötən il Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb

İqtisadiyyat Materials 23 Yanvar 2021 10:43 (UTC +04:00)
Ötən il Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ildə Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 352,2 milyon manatlıq məhsul istehsal edilib.

Trend-in məlumatına görə, əvvəlki illə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı isə 47,0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,7 faiz artıb, maşın və avadanlıqların istehsalı isə 5,1 faiz azalıb.

2020-ci ildə 1949 ədəd və ya ötən illə müqayisədə 411 ədəd az minik avtomobili istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti