...

Yaxın günlərdə Yevlaxda KOB Evinin açılması planlaşdırılır

İqtisadiyyat Materials 1 Mart 2021 11:44 (UTC +04:00)
Yaxın günlərdə Yevlaxda KOB Evinin açılması planlaşdırılır

Bakı. Fidan Babayeva, Orxan Nəbiyev -Trend:

Yaxın günlərdə Yevlaxda KOB Evinin açılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov Agentliyin 2020-ci il üzrə fəaliyyətinə həsr olunmuş brifinq zamanı deyib.

O bildirib ki, eyni zamanda Bakıda KOB Evinin təşkil olunması üzrə işlər davam edir.

O.Məmmədov əlavə edib ki, sahibkarlara göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə 2020-ci ilin fevralında Xaçmazda ilk KOB Evi işə başlayıb. Həmin KOB Evində sahibkarlıq subyektlərinə 20 759 xidmət göstərilib:

"Göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir. Hazırda Xaçmazdakı KOB Evində dövlət strukturları tərəfindən 150-dək "G2B", 8 özəl şirkət tərəfindən 100-dək "B2B" xidmətləri göstərilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti