...

Mobil bankçılıq sahəsində islahatlar təkmilləşdirilir

İqtisadiyyat Materials 14 Aprel 2021 12:17 (UTC +04:00)
Mobil bankçılıq sahəsində islahatlar təkmilləşdirilir

Bakı. Sədrəddin Ağcayev - Trend:

Mərkəzi Bank və digər strukturların həyata keçirdiyi islahatlardakı fərqlər yeni mobil bankçılığın formalaşdırılmasına çətinliklər yaradır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev "Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu" adlı onlayn tədbir zamanı deyib.

O bildirib ki, ABA-nın əsas strategiyası xüsusi mobil bankçılıq platformalarının və maliyyə institutlarının bu sahəyə inteqrasiyası üçün imkanların yaradılmasıdır.

Onun sözlərinə görə, Azərbaycanda elektron kommersiyanın həcmi 2017-ci ildən etibarən əhəmiyyətli dərəcədə artıb və 3,7 milyard manat təşkil edir.

"İslahatların fərqi ilə əlaqədar onların təkmilləşdirilməsi və uyğunlaşdırılması ilə əlaqədar işlər aparılır".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti