...

Pandemiyadan sonra hansı sahələr daha tez bərpa olunacaq? - ŞƏRH

İqtisadiyyat Materials 21 Aprel 2021 09:16 (UTC +04:00)
Pandemiyadan sonra hansı sahələr daha tez bərpa olunacaq? - ŞƏRH

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan pandemiyanın təsirini minimallaşdırmağa çevik reaksiya verən ölkələrdəndir və həm də nəzərə alsaq ki, 3.5 milyard manatlıq paketin təsdiq olunması, eyni zamanda onun iqtisadiyyatın fərqli sahələrini, o cümlədən real sektoru da əhatə etməsi post-pandemiya dövründə iqtisadi aktivliyi bərpa etmə məqsədi daşıyır.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, digər tərəfdən vaksinasiya prosesi davam edir və Azərbaycan vaksin olunan əhalisinin sayına görə Şərq Tərəfdaşlığı proqramına üzv olan 6 ölkənin arasında ilk yerdədir:

“Bu da təbii ki, pandemiya dövrünün daha tez başa çatması və real sektorun qısa zamanda bərpa edilməsi üçün yeni imkanlar yaradır. Nəzərə alsaq ki, post-pandemiya dövründə bir sıra sektorların bərpa olunması müəyyən zaman tələb edəcək, amma biz fərqli sektorlar üzrə baxsaq güman olunur ki, turizm, xüsusilə daxili turizm potensialını, aktivliyini daha tez zamanda bərpa edə biləcək. Təbii ki, xaricdən turistlərin gəlməsi müəyyən zaman alacaq.

Müxtəlif qiymətləndirmələrə görə tək Azəbaycanda deyil, bütün dünyada turizmin tam bərpa olunması 2 ilə yaxın vaxt alacaq. Amma daxili turizmin bərpası bir neçə ay ərzində mümkündür. Xüsusilə nəzərə alsaq ki, daxili turizmə tələb yüksəkdir, post-pandemiya dövründə daxili turizm daha tez bərpa olunacaq. İctimai iyaşə sektorunun da fəaliyyətinin bərpası qısa zaman alacaq çünki güman olunur ki, şadlıq sarayları fəaliyyətini bərpa etdikdən sonra ictimai iaşə sektoruna güclü təlabat yaranacaq və bu da eyni zamanda digər sektorlara təsir edəcək və həmin sektorlar da qısa zamanda fəaliyyətlərini bərpa etmək imkanına malik olacaq. Bütövlükdə qiymətləndirmə onda ibarətdir ki, xarici faktorlarla əlaqəli olan sektorlar, o cümlədən gəlmə turizmin bərpası müəyyən zaman alacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti