...

Azərbaycanda ani buraxılış imkanı ilə rəqəmsal kartlar təqdim olunacaq

İqtisadiyyat Materials 20 Aprel 2021 19:13 (UTC +04:00)
Azərbaycanda ani buraxılış imkanı ilə rəqəmsal kartlar təqdim olunacaq

Bakı. Sədrəddin Ağcayev - Trend:

"E-Pul" ödəniş sistemi tərəfdaş banklarla danışıqları bərpa edib və yaxın zamanlarda istifadəçilərə rəqəmsal kartların ani buraxılışı imkanını təqdim edəcək.

Bunu Trend-ə PAYSİS şirkətinin baş direktoru Samir Nəsibov deyib.

Onun sözlərinə görə, tərəfdaş bankın dəyişdirilməasi bu işi sona çatdırmağa mane olub:

"Hələ 2015-ci ildə platforma əvvəlcədən ödənişli rəqəmsal kartlar təqdim edirdi. Bu gün biz bu istiqamətdə danışıqları bərpa etmişik. Yaxın zamanlarda müştərilərə balansın doldurulması, əmıəliyyatları onlayn rejimdə izləmə imkanları təqdim edən rəqəmsal kartın ani buraxılışı təmin olunacaq".

O əlavə edib ki, ilin sonunadək bu məhsulun NFC texnologiyalarına da tətbiq olunması planlaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti