İsrail Qarabağın bərpasında iştirak etməkdə maraqlıdır

İsrail Qarabağın bərpasında iştirak etməkdə maraqlıdır

Bakı. Ceyhun Ələkbərov - Trend:

İsrail Azərbaycanın azad edilmiş ərazilərin bərpasında iştirak etməkdə maraqlıdır.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu İsrailin xarici işlər naziri Qabi Aşkenazi İqtisadiyyat naziri Mikayıl Cabbarova onlayn formatda görüş zamanı deyib.

Mikayıl Cabbarov Azərbaycan və İsrail arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycanın haqq işinə göstərdiyi dəstəyə, humanitar səylərə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan-İsrail iqtisadi əməkdaşlığı barədə məlumat verilib, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində 90-a yaxın İsrail şirkətinin uğurlu fəaliyyəti qeyd olunub. Bildirilib ki, iqtisadi əlaqələrin inkişafında, yeni təşəbbüslərə əsaslanan layihələrin icrasında Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının fəaliyyəti önəmlidir.

Əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşən iqtisadiyyat naziri Azərbaycanla İsrail arasında azad olunmuş ərazilərin bərpası, enerji, səhiyyə, investisiya, innovasiyalar, İKT, kənd təsərrüfatı, su sektorunun idarə edilməsi, turizm və s. sahələrdə əməkdaşlıq üçün böyük potensial olduğunu diqqətə çatdırıb.

İsrailin xarici işlər naziri Qabi Aşkenazi ölkələrimiz arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayıb, İsrail şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştirak etməkdə maraqlı olduğunu qeyd edib.

Görüşdə ikitərəfli iqtisadi tərəfdaşlığın inkişaf etdirilməsi, pandemiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq və s. məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 2-ci iclası da keçirilib.

Hər iki tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın İsrail ilə dostluq və səmərəli tərəfdaşlıq əlaqələrini qeyd edib, dövlət başçılarının siyasi iradəsinin, ölkələrimizin böyük iqtisadi potensialının əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını vurğulayıb. Bildirilib ki, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində uğurlu əməkdaşlıq həyata keçirilir. İsrailin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu qeyd edən iqtisadiyyat naziri qarşılıqlı ticarət dövriyyəsinin artırılması, strukturunun şaxələndirilməsi barədə fikirlərini bölüşüb, yaxın zamanlarda İsraildə ölkəmizin ticarət və turizm nümayəndəliklərinin açılmasının planlaşdırıldığını diqqətə çatdırıb.

Azərbaycanda rəqəmsallaşmanın inkişafına böyük önəm verildiyini qeyd edən iqtisadiyyat naziri 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verib, ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb. Bildirilib ki, ölkəmizdə “ağıllı texnologiyalar”ın tətbiqi işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına, Böyük Qayıdışa töhfə verəcək.

Azərbaycanın əlverişli biznes və investisiya mühitini vurğulayan iqtisadiyyat naziri İsrail sahibkarlarını ölkəmizdə yaradılmış sənaye zonalarına investisiya yatırmağa, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrdə iştiraka dəvət edib.

Hökumətlərarası Komissiyanın həmsədri, İsrailin xarici işlər naziri Qabi Aşkenazi ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın davamlı inkişaf etdiyini qeyd edib.

İclasda iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə Hökumətlərarası Komissiyanın üzvləri əməkdaşlığın inkişafı imkanlarına dair fikirlərini bildiriblər.

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Qabi Aşkenazi imzalayıblar. Sənəddə enerji, səhiyyə, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, qida təhlükəsizliyi, standartlaşdırma, su təsrrüfatı, turizm, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Twitter: @JeyhunAlakbar

Şuşa dirçəlir: Çoxtərəfli turizm potensialı şəhərin şöhrətini daha da artıracaq
Şuşa dirçəlir: Çoxtərəfli turizm potensialı şəhərin şöhrətini daha da artıracaq
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Çernoqoriya turistlərə sərhədlərini açır
Çernoqoriya turistlərə sərhədlərini açır
Loading Bars
Xəbər lenti
Braziliyada Milli nüvə təhlükəsizliyi agentliyi qurulub
Misir Qəzza zolağına 65 ton tibbi avadanlıq və dərman göndərəcək
Dünya İqtisadi Forumunun xüsusi iclası bu il keçirilməyəcək
Kolumbiyada qarşıdurmalar davam edir, yenə ölən və çoxlu sayda yaralı var
Ekvadorda avtobus qəzasında 9 nəfər öldü
Türkiyədə son sutkada koronavirusdan 13 864 nəfər sağalıb
Rusiyada helikopter qəzaya uğrayıb, ölən və itkin düşən var
Hikmət Hacıyev Brüsseldə Aİ komissarı ilə görüşüb
Daşkəsəndə Yol Polisi nəzarət-profilaktik tədbirləri davam etdirir (FOTO)
Dünyada ötən sutka koronavirusa 589 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycanın xarici ticarət dövriyyəsi 10 milyard dollara yaxınlaşıb
Gürcüstandakı insident barışıqla başa çatdı
Azərbaycanın qaz ixracı 80 faizə yaxın artıb
"Aeroflot" Türkiyəyə bilet satışını dayandırıb
Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib
İki güləşçimiz Avropa çempionatının finalına yüksəlib
Xaçmaz rayonunda Zəfər parkı inşa edilir (FOTO)
Ermənistan “bir tük də qənimətdir” prinsipi ilə yenə KTMT-dən mədət umur
Dələduz iş başında yaxalanıb
Regional rəqəmsal hökumət portalının ilkin versiyası hazırlanıb
Azərbaycan neft ixracını azaldıb
Dünyada ən çox satılan avtomobillər hansılardır?
Bakı Baş Gömrük İdarəsində əməliyyat: Vəzifəli şəxslər rüşvət alarkən saxlanıldı
Hikmət Hacıyev Brüsseldə NATO-nun Baş katibinin müavini ilə görüşüb (FOTO)
Qubada qardaşlar çaya düşüb, biri ölüb
“Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı
Teledərslərin mayın 18-nə olan cədvəli
Ölkəmizin uğurlarına qısqanclıqla yanaşanlar dost ölkələrlə münasibətlərimizi pozmağa cəhd göstərirlər - Deputat
Bakıda küçə və prospektlərdə sıxlıq var - BNA (FOTO)
Tovuzda 10 yaşlı qızın qətlində təqsirləndirilən şəxsin məhkəməsi başladı
Gürcüstandakı insident tamamilə məişət zəminində baş verib - Arzu Nağıyev
Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir (FOTO)
Səhiyyə sisteminin transformasiyası proqramı hazırlanır - TƏBİB
Mayın 18-nə USD/AZN rəsmi məzənnəsi
Gömrük Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlimlərə başladı
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb (FOTO/VİDEO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya rəsmi səfərə gedib
Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb - Nazir
Təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün müraciətlər bu tarixdən aktivləşir
AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq etdi
2100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib - Ədliyyə naziri
277 nəfər buraxılış imtahanına gəlməyib - DİM
Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı açıqlama yayıb
Müslüm Maqomayevin tuncdan heykəli bir aya hazır olacaq - Trend TV-nin REPORTAJI
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
DİM buraxılış imtahanlarının nəticələrini elan etdi
Azərbaycanda 426 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib
Bakıda ilk dərs günündə məktəblərdə davamiyyət 80 faiz təşkil edib - BŞTİ
Bakıda heroin alverçisi yaxalandı (FOTO/VİDEO)
18 yaşdan yuxarı 300-ə yaxın şəxsə peyvənd vurulub
Azərbaycan ordusunun genişmiqyaslı təlimləri revanşist qüvvələrə mesaj olacaq - Ekspert
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur - Lavrov
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
ÜGT-nin Avropa regionunda “köklü dəyişmə yaradan texnologiyalar” mövzusunda seminarı keçirilir (FOTO)
Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını nəşr edib
AXC-Müsavat cütlüyünün xəyanəti ermənilərin torpaqlarımızı işğal etməsini asanlaşdırdı - Deputat
“Nar” komandası “Breyn Rinq” yarışının yarımfinalına çıxdı
Qəzzadan İsrailə atılan raket yaşayış binasına düşüb - Yaralılar var
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
Yığmamız dünya birinciliyinə qatılacaq
Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur
DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verdi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
40 yaşlı kişi özünü evində turnikdən asıb öldürdü
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıya gəlib (FOTO)
Maştağada toy yarımçıq dayandırıldı, 40 nəfər cərimələndi (FOTO/VİDEO)
Əkinlərini düzgün bəyan etməyən fermerlər subsidiyadan məhrum olunacaq - Nazirlik
TAC MMC əməkdaşları iş yerlərində vaksinasiya olunub
Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası
Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir - Rauf Əliyev
Avropa bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üçün iki kredit tranşı ayırıb
Azərbaycan əhalisi 4 ayda alış-verişə 12 milyard manat xərcləyib
Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür - Peskov
İranda koronavirusdan ölənlərin sayı 77 mini ötüb
Sabahdan Azərbaycanda "Sputnik V” vaksinindən istifadə başlanılacaq
TAP vasitəsilə hidrogen tədarükü üzrə investisiya təklifi təqdim olunub
Lüksemburq rəsmiləri erməni lobbisinin təsiri altındadır - Naqif Həmzəyev
Sabahın hava proqnozu açıqlanıb
“Xarıbülbül” festivalı Azərbaycan mədəniyyətinin zənginliyini dünyaya nümayiş etdirdi
"SOCAR Energy Ukraine" premium yanacağın satışını bərpa edib
Azərbaycanda yüksək maaş verilən sahələr açıqlandı
Azərbaycanda 13 mindən çox müəllim iş yerini dəyişmək istəyir
Sabah güclü külək əsəcək
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur (VİDEO)
Ağdamın Çıraqlı kəndində ermənilərin dağıtdığı elektrik təsərrüfatı yenidən qurulub (VİDEO)
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi konfransların qalibləri müəyyənləşib (FOTO)
FHN yanğınla bağlı əhaliyə müraciət edib (VİDEO)
SOCAR-ın Kulevi terminalında daha bir çən tikilir
Kaspersky: Azərbaycandakı kompyuterlərin 42%-də hələ də Windows 7 istifadə olunur
Toyların keçirilməsi hansı halda mümkün ola bilər? - Komitə sədri açıqladı
Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur (FOTO)
Bakıdakı məhşur restoran nöqsanlara görə bağlandı
SOCAR-ın Gürcüstandakı neft terminalından bitum məhsulları yola salınacaq
İrandan Azərbaycana narkotik keçirmək istəyən 5 nəfər saxlanılıb (FOTO)
Son 4 ayda 9 mindən çox piyada cərimələnib
Ali məktəblərdə yaz imtahan sessiyası distant keçiriləcək
"Cənub Qaz Dəhlizi"nin genişlənməsi dayanıqlı bazar tələbindən asılı olacaq - Avropa Komissiyası
Bütün xəbərlər