...

"Schneider Electric" Qarabağ üçün uyğunlaşdırılmış "ağıllı kənd" həllərini təklif edə bilər (Özəl)

İqtisadiyyat Materials 30 İyun 2021 20:57 (UTC +04:00)
"Schneider Electric" Qarabağ üçün uyğunlaşdırılmış "ağıllı kənd" həllərini təklif edə bilər (Özəl)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Fransanın "Schneider Electric" şirkəti xüsusi olaraq Qarabağ üçün uyğunlaşdırılmış "ağıllı kənd" həllərini təklif edə bilər.

Bunu Trend-ə müsahibəsində şirkətin Mərkəzi Asiya ölkələri üzrə baş meneceri Dan Vlaşeanu deyib.

Onun sözlərinə görə, istehsal sahələrinin dayanıqlı inkişafı bütün proseslərin rəqəmsallaşdırılmasını ifadə edir:

"Bizim həllərə elektrik yarımstansiyaları, bərpa olunan enerji stansiyaları, çirkab sularının təmizlənməsi stansiyalarının rəqəmsallaşdırılması, şəhər qaz şəbəkələrinin işinin, binaların idarəetmə sistemi komplekslərinin optimallaşdırılması daxildir".

D.Vlaşeanu vurğulayıb ki, şirkətin həlləri təkcə iri şəhərlərə aid deyil:

"Digər iri beynəlxalq şirkətlərdən və xarici podratçılardan fərqli olaraq, "Schneider Electric"in strategiyası yerli tərəfdaşlarla əməkdaşlığı nəzərdə tutur. Onlar lokal şəkildə şirkətin texnologiyalarını inteqrasiya edir, ölkədə ixtisaslaşmış iş yerləri yaradır və beynəlxalq təcrübənin ötürülməsini təmin edir".

(Tərcümə: Orxan Nəbiyev)

Xəbər lenti

Xəbər lenti