...

Bakıda bu mənzillərin qiyməti bahalaşıb

İqtisadiyyat Materials 12 Avqust 2021 09:28 (UTC +04:00)
Bakıda bu mənzillərin qiyməti bahalaşıb

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda təkrar mənzil və ilkin mənzil bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.

"MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyul ayı ərzində təkrar mənzil bazarında qiymətlər 0.59 % bahalaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymətlərdə 1.62% bahalaşma qeydə alınıb.

Onun sözlərinə görə, ilkin mənzıl bazarında mənzillərin qiyməti ay ərzində 0.65 %, il ərzində isə 5. 1 % bahalaşıb.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti