...

Azərbaycanda onlayn ticarətlə bağlı son vəziyyət necədir?

İqtisadiyyat Materials 21 Avqust 2021 08:02 (UTC +04:00)
Azərbaycanda onlayn ticarətlə bağlı son vəziyyət necədir?

Bakı. Çingiz Səfərli - Trend:

Təəssüf ki, daxili bazarda onlayn ticarətlə sistemli şəkildə məşğul olan iri şirkətlər yoxdur

Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib. O bildirib ki, elektron ticarətə keçid qaçılmazdır və gec-tez bunun xüsusi çəkisi bazarda əhəmiyyətli dərəcədə artacaq:

"Azərbaycanda elektron ticarətin yox səviyyəsində olduğunu da demək doğru olmaz. Bizdə bu sahə müəyyən dövr mövcud olur və ilbəil də xüsusi çəkisi artır. Əsasən pandemiya dövrü bu sahəni tamamilə stimullaşdıraraq, müasir dövrün tələbinə çevirib. Baxmayaraq ki, elektron ticarəti hərəkətə gətirə biləcək qanunvericilik bazası, ödəniş sistemləri, informasiya texnologiyaları, çatdırılma (kuryer) xidmətləri və s. infrastrukturlar Azərbaycanda mövcuddur və müasir dövrün tələblərinə cavab verir, ancaq keyfiyyətli xidmət göstərə biləcək və kompleks sahələri əhatə edə biləcək iri şirkətlər hələ ki, bazar iştirakçıları sırasında yoxdur.

Pandemiya dövrünə qədər elektron ticarətin inkişaf tempinin aşağı olmasının səbəbi vətəndaşların (istehlakçıların) bu sahə haqqında geniş maarifləndirilməməsi, xidmətlərin texniki cəhətdən arzuolunan səviyyədə olmaması, elektron və kart ödəniş sistemlərindən istifadə əmsalının aşağı olması və s. ilə bağlı idi. Düşünürəm ki, məhz pandemiya dövrü bu biznesin sürətli inkişafına təkan vermiş olacaq. Məlumata görə, artıq bu qəbildən olan şirkətlər fəaliyyətlərini genişləndirirlər. Hesab edirəm ki, tələbin artması zamanla sadalanan problem və çatışmazlıqların da aradan qaldırılmasına gətirib çıxaracaq".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti