...

Permdən Bakıya loukoster uçuşları təxirə salınıb

İqtisadiyyat Materials 30 Avqust 2021 12:40 (UTC +04:00)
Permdən Bakıya loukoster uçuşları təxirə salınıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

Rusiyanın "Nordwind" loukoster aviaşirkəti Perm şəhərindən Bakıya birbaşa aviareyslərin açılışını oktyabrın 6-dək təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə Perm hava limanının uçuş cədvəlində deyilir.

Aviaşirkıət Permdən Bakıya uçuşları avqustun 18-dən etibarən işə salmağa planlaşdırırdı.

Qeyd edək ki, bu şəhərdən Bakıya "Uralskiye avialinii" şirkəti həftədə bir dəfə, cümə axşamı günləri həyata keçirir.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti