...

Bakıda Türk Şurası ölkələri arasında memorandum imzalanıb (FOTO)

İqtisadiyyat Materials 10 Sentyabr 2021 12:06 (UTC +04:00)
Bakıda Türk Şurası ölkələri arasında memorandum imzalanıb (FOTO)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Bakıda türkdilli ölkələr arasında müxtəlif iqtisadi zonalarda informasiya və təcrübə mübadiləsi üzrə anlaşma memorandumunun imzalanması mərasimi keçirilib.

Trend-in məlumatına görə, memorandum Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Türkiyənin ticarət naziri Mehmet Muş, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin birinci müavini Əziz Voitov, Macarıstanın təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Ştaray tərəfindən imzalanıb.

Memorandum çərçivəsində icra olunacaq fəaliyyətin əlaqələndirilməsi üçün birgə işçi qrupunun yaradılması nəzərdə tutulur.

Sənədin icrası üzrə məsul orqanlar Azərbaycan İqtisadiyyat Nazirliyi, Qazaxıstanın Sənaye və İnkişaf Nazirliyi, Qırğızıstanın İnvestisiyalar Nazirliyi, Türkiyənin Ticarət Nazirliyi və Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyidir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti