...

THY aviareys sayına görə Avropada ikinci yerdədir

İqtisadiyyat Materials 28 Sentyabr 2021 07:11 (UTC +04:00)
THY aviareys sayına görə Avropada ikinci yerdədir

Bakı. Trend:

Türkiyənin mülki aviasiya lideri olan Türk Hava Yolları şirkəti gündəlik aviareyslərin statistikasına görə Avropada ikinci yerdədir.

Trend-in məlumatına görə, bu barədə Avropa aeronaviqasiya təhlükəsizliyi təşkilatının (EUROCONTROL) hesabatında deyilir.

Bildirilir ki, Türkiyənin milli aviadaşıyıcısı sentyabrın 20-dən 26-dək gündə ortalama 1 200 uçuş həyata keçirib.

Qitədə həyata keçirilən uçuşların sayına görə birinci yeri İrlandiyanın "Ryanair" şirkəti tutur - gündə 2 341 uçuş. Üçüncü yeri Britaniyanın "Easyjet" şirkəti tutur - 1 058 uçuş.

Türkiyənin digər hava yolu şirkəti "Pegasus" 464 uçuşla 10-cu yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti