...

Bu gün ölkədə 800-ə yaxın yaşayış məntəqəsi qazlaşdırılmayıb - Ruslan Əliyev

İqtisadiyyat Materials 28 Oktyabr 2021 18:01 (UTC +04:00)
Bu gün ölkədə 800-ə yaxın yaşayış məntəqəsi qazlaşdırılmayıb - Ruslan Əliyev

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bu gün ölkədə 800-ə yaxın yaşayış məntəqəsi qazlaşdırılmayıb.

Bunu Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O qeyd edib ki, 300 yaşayış massivi isə yalnız alternativ yanacaqla qızdırılan məntəqələrdir: "Biz hazırda yaşayış massivlərinin qazlaşdırılması prosesini davam etdiririk. Bu ilin 9 ayı ərazində 50-yə yaxın yaşayış massivi qazlaşdırılıb. Gələn il isə əlavə 110 yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Son 10 ildə Azərbaycanda qaz abonentlərinin sayı 720 mindən 2 milyon 400 minə çatdırılıb. Qazlaşma faizi artıq ölkə üzrə 96 faizin üzərindədir. Hər il 80-100 min abonent sayı artır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti