...

1300-dək şəhid ailə üzvü və qazi "Məşğulluq marafonu" çərçivəsində işlə təmin edilib

İqtisadiyyat Materials 8 Dekabr 2021 13:38 (UTC +04:00)
1300-dək şəhid ailə üzvü və qazi "Məşğulluq marafonu" çərçivəsində işlə təmin edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Bu il avqust ayında elan olunan "Məşğulluq marafonu" çərçivəsində 600-ə yaxın işəgötürən 3760-dan çox vakansiya elan edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, 1300-dək şəhid ailə üzvü və qazi marafon çərçivəsində işlə təmin edilib:

“Paralel olaraq Vətən miharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və qazilər tək məşğulluq marafonu ilə yox, həm də özünüməşğulluq proqramları ilə əhatə olunublar. 6000-dən çox ailə özünüməşğulluq, ictimai işlər proqramı və işədüzəltmə məqsədli proqramlara cəlb olunub. Ümumilikdə 8000-dən çox şəhid ailələri, müharibə əlilləri məşğul proqramları ilə təmin olunub və bu proses davam edəcək”, - deyə nazir müavini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti