...

Baş nazir Əli Əsədov ilə Ukraynanın Baş naziri Denis Şmıqal arasında telefon danışığı olub

İqtisadiyyat Materials 4 Fevral 2022 14:06 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 4-də Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Baş nazirlər Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birilərini təbrik ediblər.

Danışıq zamanı Azərbaycan-Ukrayna dostluq münasibətlərinin iqtisadi və bir çox digər sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti