...

DGK bu il büdcəyə 1,2 milyard manat vəsait köçürüb

İqtisadiyyat Materials 6 Aprel 2022 12:12 (UTC +04:00)
DGK bu il büdcəyə 1,2 milyard manat vəsait köçürüb

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci il yanvar-mart ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 123,58 faiz yerinə yetirib.

Trend-in məlumatına görə, bunu DGK sədri Səfər Mehdiyev "Twitter" səhifəsində bildirib.

"İlkin məlumata görə 1 milyard 230,84 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 234,84 milyon manat artıq deməkdir", - S.Mehdiyev yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti