Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun xərcləri bu ilin yanvar-aprel aylarında 1 mlrd. 767 mln. manat təşkil edib.
Trend bu barədə Fonda istinadən xəbər verir.
Bu da ötən ilin müvafiq dövrünə nisbətən 6 faiz və ya 101 mln. manat çoxdur.
DSMF-nin xərclərinin artmasının əsasında pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım üzrə ödənişlərin mütəmadi artımı, sosial təminat sisteminin əhatə dairəsinin mütəmadi genişlənməsi dayanır.