...

Şahin Mustafayev Perm vilayətinin qubernatoru ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 1 İyun 2022 17:29 (UTC +04:00)
Şahin Mustafayev Perm vilayətinin qubernatoru ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyunun 1-də Rusiya Federasiyasının Perm vilayətinin qubernatoru Dmitriy Maxoninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin ticari-iqtisadi, investisiya, nəqliyyat, tranzit, humanitar və bir çox digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı təmasların ikitərəfli əlaqələrin inkişafına müsbət töhfə verdiyi bildirildi.

Eyni zamanda iki ölkə arasında müxtəlif istiqamətlərdə uğurla həyata keçirilən müştərək layihələrin əhəmiyyəti qeyd edildi.

Azərbaycanın Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Perm vilayəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirildi.

2021-ci ilin dekabrında Perm vilayətinin rəsmi nümayəndə heyətinin Azərbaycana səfərinə toxunuldu, səfər zamanı bir sıra işgüzar görüşlərin keçirildiyi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə edildiyi vurğulandı.

Perm vilayətinin Aqroekspress layihəsi çərçivəsində Rusiyada malların qəbulu və göndərilməsi üzrə pilot ərazilərdən biri kimi müəyyənləşdirildiyi nəzərə alınaraq, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti