Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 28-də 124,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,5 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 123,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,5 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 81,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,32 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 122,94 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,29 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)