...

Şahdənizdə emissiyaların azaldılmasına yönəlmiş yeni layihə

İqtisadiyyat Materials 14 İyul 2022 16:23 (UTC +04:00)
Şahdənizdə emissiyaların azaldılmasına yönəlmiş yeni layihə

Bakı. Trend:

Şahdəniz tərəfdaşları Şahdəniz Alfa (ŞDA) platformasının enerji təchizatını sualtı kabel vasitəsilə Şahdəniz Bravo (ŞDB) platformasından əldə etməsinə imkan yaradacaq yeni layihənin müəyyənləşdirilmə mərhələsinə başlayır.

bp-dən Trend-ə bildirilib ki, bu layihə ŞDA platformasının əməliyyat emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq, və platformanı dayanıqlı, uzunmüddətli və etibarlı enerji ilə təmin etməklə onun istismar səmərəliliyini artıracaq.

ŞDA platformasının elektrik enerjisi hazırda həm qaz, həm də dizel yanacaq mühərrikləri ilə işləyə bilən beş əsas elektrik generatoru vasitəsilə təchiz edilir. Yeni layihə 2024-cü ildə işə başlayandan sonra mövcud generatorlar istismardan çıxarılacaq.

bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu, həmçinin Rusiya, Misir və Oman üçün layihələr üzrə vitse-prezidenti Kahal Kelli dedi:

“Layihə ildə təxminən 20 kte CO2 səviyyəsində Əhəmiyyətli Emissiya İntensivliyi (SER) təmin edəcək ki, bu da nəticədə ŞDA platformasından ümumi karbon qazı tullantılarının həcmini azaltmaqla bizim və Şahdəniz tərəfdaşlarının dekarbonizasiya səylərinə töhfə verəcək. Bu isə nəticədə neft və qaz əməliyyatlarımızın emissiyalarını azaltmaq məqsədimizə çatmaq üçün sanballı bir töhfədir. Eyni zamanda, bu layihə 2050-ci ilə qədər və ya daha tez xalis sıfır emissiya səviyyəsinə nail olmaq üçün əməliyyatlarımızdan yaranan emissiyaları əhəmiyyətli dərəcədə azaltmaq üzrə qlobal hədəfimizə uyğundur. Bundan əlavə, layihə ŞDA platformasının istismar səmərəliliyini artırmaqla və kommersiya qaz həcmlərinin nəqlində fasilələrin yaranması riskini azaltmaqla bir çox digər məqsədlərimizə çatmağa yardım edəcək."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti