...

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat Materials 28 İyul 2022 10:29 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 27-də 110,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 108,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,24 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 110,64 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti