Bakı. Trend:
Almaniyanın "Mercedes-Benz" avtomobil konserni Braziliyanın Sau-Bernardo-du-Kampu şəhərindəki zavodunun işçilərinin sayını azaldacaq.
Trend xəbər verir ki, bu barədə "Folha de S.Paulo" qəzeti məlumat yayıb.
Söhbət 9 minə yaxın insanın işlədiyi yük avtomobillərinin və avtobuslar üçün şassilərin istehsalı və yığılması müəssisəsinin restrukturizasiyasından gedir.
Məlumata əsasən, zavodun 2,2 min əməkdaşı işdən çıxarılacaq, daha 1,4 min nəfər müddətli əmək müqaviləsinin müddətinin başa çatmasından sonra dekabrda zavodu tərk edəcək.