...

Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi növbəti beş ildə iki dəfə arta bilər - Pol Kelli

İqtisadiyyat Materials 10 Oktyabr 2022 11:23 (UTC +04:00)
Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi növbəti beş ildə iki dəfə arta bilər - Pol Kelli
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında ticarət dövriyyəsinin növbəti beş ildə iki dəfə artmaq potensialı var.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Ticarət Mərkəzinin nümayəndəsi Pol Kelli Aİ-nin "Şərq Tərəfdaşlığı" üzv ölkələri üçün rəqəmsal ticarət platformasının təqdimatı zamanı deyib.

"Aİ "Şərq Tərəfdaşlığı" ilə birlikdə Azərbaycanın ticarət dövriyyəsinin 37 faizindən çoxunu təşkil edir. Lakin bu ticarət həm məhsullar, həm də istiqamətlər baxımından şaxələndirmənin araşdırılması üçün böyük imkanlara malikdir", - deyə o bildirib.

P.Kelli qeyd edib ki, bu imkanlar nəzərə alınmaqla, növbəti beş il ərzində Azərbaycan və Aİ arasında ticarət iki dəfə artaraq 94 milyon avroya, Şərq Tərəfdaşlığı ölkələri ilə birlikdə isə bu rəqəm 180 milyon avroya çata bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti