...

Gömrük xətti ilə büdcəyə daxilolmalardakı artım açıqlanıb

İqtisadiyyat Materials 26 Yanvar 2023 11:27 (UTC +04:00)
Gömrük xətti ilə büdcəyə daxilolmalardakı artım açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 2021-ci illə müqayisədə 30,2 faiz və ya 1,312 milyard manat artıb.

Komitədən Trend-ə verilən məlumata görə, hesabat dövründə daxilolmalar 5,654 milyard manatdan yuxarı olub (2021-ci ildə təqribən 4,434 milyard manat təşkil edib).

Beləliklə, 2022-ci ildə gömrük rüsumlarından dövlət büdcəsinə daxilolmalar 2021-ci illə müqayisədə 17,8 faiz artaraq 1,42 milyard manat təşkil edib.

"ƏDV üzrə daxilolmalar dörd milyard manatı keçib (36,6 faiz artım), aksizlər üzrə isə 3,5 faiz artaraq 168,897 milyon manata çatıb", - Komitədən bildiriblər.

Xatırladaq ki, 2021-ci ildə Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu 111,29 faiz yerinə yetirib. Dövlət büdcəsinə daxil olan məbləğ proqnozdan 440,37 milyon manat yuxarı olmaqla 4,434 milyard manata çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti