...

bp Azərbaycanda yerli biznesin inkişafına dəstək səylərini davam etdirmək niyyətindədir - Bəxtiyar Aslanbəyli

İqtisadiyyat Materials 13 Mart 2023 11:33 (UTC +04:00)
bp Azərbaycanda yerli biznesin inkişafına dəstək səylərini davam etdirmək niyyətindədir - Bəxtiyar Aslanbəyli
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni anlaşma memorandumu imzalayan bp yerli biznesin inkişafına dəstək səylərini davam etdirmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə bp-nin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bp və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında Anlaşma Memorandumunun imzalanma mərasiminə həsr olunmuş media brifinqində deyib.

"İnanırıq ki, "Sahibkarlığın inkişaf proqramı" layihəmiz Azərbaycanın iqtisadi bazasının genişlənməsinə və yerli müəssisələrin potensialının artmasına səbəb olacaq. Bu proqram yerli müəssisələr üçün beynəlxalq standartlara cavab vermək və tədarük sazişləri üzrə rəqabət aparmaq imkanı yaratmaqla daxili bazarlarda və bütünlükdə Xəzər dənizi regionunda rəqabət qabiliyyətli konyunktura yaradıb", - o deyib.

Xatırladaq ki, bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə Azərbaycanda icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. bp Azərbaycanda ən çox töhfə verə biləcəyinə inandığı sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürübş. bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişib. Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mehit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 107 milyon ABŞ dolları xərcləmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti