...

Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma aradan qaldırıldı

İqtisadiyyat Materials 4 Aprel 2023 13:01 (UTC +04:00)
Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma aradan qaldırıldı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma aradan qaldırılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin aprelin 4-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Belə ki, deputatlar “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti