...

Azərbaycanda bütün nəqliyyat növləri ilə yük və sərnişin daşımalarının sayı artıb

İqtisadiyyat Materials 24 May 2023 10:30 (UTC +04:00)
Azərbaycanda bütün nəqliyyat növləri ilə yük və sərnişin daşımalarının sayı artıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda bütün nəqliyyat növləri ilə yük daşımalarının sayı 71,2 milyon ton olub ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 5,9 faiz çoxdur.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitənin məlumatına görə, qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə bütün yüklərin 55 faizi, boru kəməri ilə 32,9 faizi, dəmir yolu ilə 8,3 faizi, dəniz yolu ilə 3,7 faizi, hava nəqliyyatı ilə isə 0,1 faizi daşınıb.

Qeyd olunan dövrdə özəl sektorda yük daşımaları 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 4,1 faiz artıb. Yük daşımalarının ümumi həcmində bu sektorun payı 76,2 faiz olub.

Hesabat dövründə sərnişin daşımaları 578,6 milyon nəfəri ötüb ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 19,2 faiz çoxdur. Sərnişinlərin böyük hissəsi (87,1 faiz) avtonəqliyyatla, 12,4 faizi metropolitenlə, 0,5 faizi isə digər nəqliyyat növləri ilə daşınıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti