...

Ukrayna müharibədən sonrakı bərpa işlərində Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışır - Nazir müavini

İqtisadiyyat Materials 27 May 2023 07:59 (UTC +04:00)
Ukrayna müharibədən sonrakı bərpa işlərində Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışır - Nazir müavini
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Leypsiq. Trend:

Ukrayna müharibədən sonrakı bərpa işlərində Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışır.

Bunu Trend-ə Beynəlxalq Nəqliyyat Forumunun illik sammiti çərçivəsində Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı nazirinin müavini Sergey Derkaç deyib.

O qeyd edib ki, bu baxımdan Ukrayna Azərbaycanın Nəqliyyat Nazirliyi ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir.

"Son vaxtlar tranzit icazələri ilə bağlı məsələlərdə əməkdaşlıq edirik. Artıq azərbaycanlı həmkarlarımızdan Ukraynaya bu icazələrin verilməsi ilə bağlı cavab almışıq", - o deyib.

Nazir müavini əlavə edib ki, Ukrayna ən azı müharibə davam etdikcə bu tranzit məhdudiyyətləri tamamilə aradan qaldırılsa, şad olardı. Ümumilikdə, Ukrayna Azərbaycanla hər cür əməkdaşlığı inkişaf etdirməyə çalışacaq.

24-26 may 2023-cü il, Leypsiq (Almaniya) Dayanıqlı İqtisadiyyat üçün Nəqliyyat üzrə ITF Sammitinə ev sahibliyi edib. İştirakçılar nəqliyyatın ekoloji və sosial davamlılığı təşviq edərkən iqtisadi artımı necə təmin edə biləcəyini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti