...

2023-cü ilin ilk dörd ayında icmal büdcənin gəlirləri açıqlanıb

İqtisadiyyat Materials 30 May 2023 14:17 (UTC +04:00)
2023-cü ilin ilk dörd ayında icmal büdcənin gəlirləri açıqlanıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin ilk dörd ayında icmal büdcənin gəlirləri 21262,8 milyon manat olub.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.

Cari ilin ilk dörd ayında qeyri-neft sektorundakı ÜDM-in göstəricilərində qeydə alınan müsbət meyillər, həmçinin neft qiymətinin münbit dinamikası və inflyasiya səviyyəsinin sözügedən dövr ərzində yüksək (13,5 faiz) olması icmal və dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirmişdir.
Belə ki, 2023-cü ilin ilk dörd ayında icmal büdcənin gəlirləri 21262,8 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9154,7 milyon manat və ya 75,6 faiz çoxdur. İcmal büdcə xərcləri isə 9957,9 milyon manat olmuşdur ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 863,5 milyon manat və ya 9,5 faiz çoxdur. Cari ilin ilk dörd ayında icmal büdcədə faktiki olaraq 11304,9 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.

Cari ilin ilk dörd ayı ərzində dövlət büdcəsinin gəlirləri 11473,6 milyon manat proqnoza qarşı 12165,0 milyon manat və ya 106,0 faiz təşkil etmişdir ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1477,5 milyon manat və ya 13,8 faiz çoxdur. 2023-cü ilin dörd ayı ərzində dövlət büdcəsinin gəlirlərinin 6433,0 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1048,5 milyon manat və ya 19,5 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 52,9 faiz təşkil etməklə proqnoz göstəricisinə (46,7 faiz) nisbətən 6,2 faiz-bənd artmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti