...

Türkdilli ölkələrin investisiya fondunun yaradılması bu ölkələrin özlərinin ayrıca iqtisadi inkişafına böyük təkan verəcək - Aydın Quliyev

İqtisadiyyat Materials 31 May 2023 17:00 (UTC +04:00)
Türkdilli ölkələrin investisiya fondunun yaradılması bu ölkələrin özlərinin ayrıca iqtisadi inkişafına böyük təkan verəcək - Aydın Quliyev

Bakı. Trend:

İnvestisiya fondu türkdilli ölkələrin inteqrasiyasının ən təsirli faktoruna çevriləcək.

Trend xəbər verir ki, bu sözləri TurkicWorld-a özəl açıqlamasında politoloq Aydın Quliyev deyib.

O bildirib ki, bu fondun yaradılması bir neçə ay əvvəl Qırğızıstanda keçirilən Zirvə görüşündə qəbul olunmuş qərardır.

“Belə bir qərarın qəbul olunmasının özü tarixi əhəmiyyətli hadisədir. Bu qərar Türk dövlətlərinin xüsusilə də iqtisadi sahədə inteqrasiyasının böyük perspektivlərini açan bir qərardır. Bəllidir ki, Türk dövlətləri təşkilatının üzvü olan ölkələr bir-biri ilə çox sıx inteqrasiya prosesinin içindədir. Bu inteqrasiya da özünü ilk növbədə iqtisadi-ticari maliyyə sektorunda daha parlaq nümayiş etdirir. Türk dövlətləri təşkilatı həm türkdilli ölkələrin siyasi əlaqlərinin möhkəmləndirilməsi, həm də iqtisadi-ticari investisiya sahəsində imkanlarını daha sıx birləşdirmək və əlaqələndirmək məqsədinə xidmət edir”,- deyə politoloq qeyd edib.

A.Quliyev bildirib ki, bu fondun yaradılması iki hadisə ilə daha da böyük zərurətə çevrilir.

“Bunlardan biri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi kontekstində investisiya təlabatının artması, ikincisi isə qardaş ölkədə dağıdıcı zəlzələdən sonra onun ehtiyaclarını qarşılamaq üçün investisiyaya təlabatların artmasıdır. Əlbəttə ki, Türk invenstisiya fondunun yaradılması yalnız bu iki istiqamətdə fayda verməyəcək. Bu fond istər Türkiyənin, istər Azərbaycanın, istərsə də mərkəzi Asiyanın türkdilli dövlətlərinin,Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın iqtisadi sahədə imkanlarını yaxşılaşdıracaq və iqtisadiyyatlarını daha da gücləndirəcək.

Qeyd edək ki, türkdilli dövlətlərin böyük sərvətləri, imkanları və bu imkanların investisiya fondları formasında birləşdirilməsi, əlaqələndirilməsi onların iqtisadi gücünü daha da artıracaq”,- deyə politoloq vurğulayıb.

Onun fikrincə, türkdilli ölkələrin investisiya fondunun yaradılması, bu ölkələrin özlərinin ayrıca iqtisadi inkişafına böyük təkan vercək.

“Bu fondun yaradılması həm də, ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsində yeni bir mərhələ açacaq”,- deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti