...

Türk İnvestisiya Fondu üzv dövlətlərin iqtisadi baxımdan yaxınlaşmasına imkan yaradacaq – Vüqar Bayramov

İqtisadiyyat Materials 31 May 2023 17:19 (UTC +04:00)
Türk İnvestisiya Fondu üzv dövlətlərin iqtisadi baxımdan yaxınlaşmasına imkan yaradacaq – Vüqar Bayramov

Bakı. Trend:

Türk İnvestisiya Fondu Türk dövlətlərinin iqtisadi inkişafına, sərmayə qoyuluşunun həcminin artmasına təkan verəcək və üzv dövlətlərin iqtisadi baxımdan yaxınlaşmasına imkan yaradacaq.

Trend xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov TurkicWorld-a özəl açıqlamasında deyib.

"Türk İnvestisiya Fondunun yaradılması həm Azərbaycan, həm də Türk dövlətləri üçün yeni investisiya imkanlarını əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyev bu fondun yaradılması üçün təşəbbüs irəli sürmüşdü. Fond birmənalı şəkildə daha çox investisiyanın Türk dövlətlərinə yönəldilməsinə imkan verəcək", - deyə o əlavə edib.

Millət vəkilinin sözlərinə görə, Azərhaycanda da qeyri-neft sektorunda sərmayələrə ehtiyac olduğunu nəzərə alsaq, bu fond Azərbaycan üçün investisiyanın şaxələndirilməsi aspektindən vacibdir.

Qeyd edək ki, 31 may tarixində Türk dövlətlərinin iqtisadi inteqrasiyasını təmin etmək məqsədilə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın üzv olduğu "Türk İnvestisiya Fondu" qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti