...

Mərkəzi Bankın Naxçıvan İdarəsinin rəhbərinin təyinat qaydası dəyişir

İqtisadiyyat Materials 5 İyun 2023 10:03 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərinin təyinatı qaydası dəyişir.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, Mərkəzi Bankın İdarə Heyəti Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verir.

Layihəyə əsasən, Mərkəzi Bankın İdarə Heyəti Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərini Naxçıvan Muxtar Respublikasında müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edəcək və vəzifədən azad edəcək.

Xəbər lenti

Xəbər lenti