...

Fiziki şəxslərin depozit portfelinin dollarizasiya səviyyəsi 37 faiz olub

İqtisadiyyat Materials 5 İyun 2023 10:41 (UTC +04:00)
Fiziki şəxslərin depozit portfelinin dollarizasiya səviyyəsi 37 faiz olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fiziki şəxslərin depozit portfelinin dollarizasiya səviyyəsi 37 % olub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsnin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, sığorta sektorunun haqq və ödənişlərində artım müşahidə edlib. “Sığorta haqları 30 %, ödənişlər 33% artıb. Qiyməyli kağızlar bazarında da müsbət inkişaf var. Korporativ istiqraz və səhmlər üzrə 8 % artım var. Dövlət qiymətli kağızlarında isə 15,6 % artım var.

Ümumilikdə maliyə sektournun 96 %-i banklara məxsusdur. Həm aktivlərin keyfiyyəti, həm də də AMB-nin potensial tələblərinə görə banklarla aktiv işimiz gedir və maliyə sektorunun dayanıqlığını rəqəmlərdə və bankların fəaliyyətində müşahidə edirik”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti