...

2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər ilk oxunuşda təsdiq edildi

İqtisadiyyat Materials 6 İyun 2023 12:23 (UTC +04:00)
2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər ilk oxunuşda təsdiq edildi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanununda dəyişiklik müzakirə edilib.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon 500,0 min manat, xərcləri 36 milyard 568 milyon 800,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 milyard 14 milyon 798,0 min manat, yerli gəlirləri 764 milyon 702,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 791 milyon 792,0 min manat, yerli xərcləri 777 milyon 8,0 min manat) məbləğində təsdiq edilməsi təklif edilib.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti