...

Sahibkarlıq sahəsində yoxlama obyektinin dəqiq siyahısı müəyyən edilir

İqtisadiyyat Materials 9 İyun 2023 11:59 (UTC +04:00)
Sahibkarlıq sahəsində yoxlama obyektinin dəqiq siyahısı müəyyən edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sahibkarlıq sahəsində yoxlama obyektinin dəqiq siyahısı müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklikdə öz əksini tapıb.

Yoxlama obyekti – yoxlamaların məqsədləri üçün nəzarət sahəsindən asılı olaraq aşağıdakılardır:
- sahibkarın məcburi tələblər müəyyən edilən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə fəaliyyəti;

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti