...

Pərviz Şahbazov IRENA-nın baş direktoru ilə görüşüb

İqtisadiyyat Materials 9 İyun 2023 17:13 (UTC +04:00)
Pərviz Şahbazov IRENA-nın baş direktoru ilə görüşüb

Bakı. Trend:

Qazaxıstanda Astana Beynəlxalq Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera arasında görüş olub.

Trend xəbər verir ki, görüşdə bərpa olunan enerjinin istehsalı - ixracı ilə bağlı həyata keçirilən və planlaşdırılan layihələr, eləcə də yaşıl enerji texnologiyalarının inkişafına dair fikir mübadiləsi aparılıb. Azərbaycanın 2023-2024-cü illər üzrə IRENA Şurasına üzvlüyü çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Görüşdə Azərbaycanda bərpa olunan enerji sahəsində imkanların dəyərləndirilməsinə IRENA-nın dəstəyi ifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti