Bakı. Trend:
Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında İrana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 82 milyon dollara bərabər olub.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyun ayında Türkiyə İrana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 5,3 faiz artaraq 13,3 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq, 17,3 milyard dollara bərabər olub.
Bu ilin iyun ayında Türkiyə 3 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 8,7 faiz çoxdur.
Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 33,1 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.