...

SOCAR və ərəb şirkəti arasında imzalanan müqavilə Azərbaycana hansı üstünlüklər gətirəcək? - ŞƏRH

İqtisadiyyat Materials 4 Avqust 2023 12:33 (UTC +04:00)
SOCAR və ərəb şirkəti arasında imzalanan müqavilə Azərbaycana hansı üstünlüklər gətirəcək? - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), TotalEnergies və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında müqavilənin imzalanma mərasimi keçirilib.

Məsələni Trend-ə şərh edən enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, Abu Dabi Milli Neft Şirkəti (ADNOC) Azərbaycanın layihələrində təmsili Xəzər dənizinin ölkəmizin sektorundakı layihələrə yeni bir nəfəs və baxış formalaşdıracaq.

"Azərbaycanın son 10 ildə ərəb ölkələriylə ticari və siya əlaqələri genişlənməkdədir "Abu Dabi Milli Neft Şirkəti (ADNOC) Birləşmiş Ərəb Əmirliklərinin 90%-dən çox nefti Əbu-Dabi əmirliyində hasil edilir. Orda da əsas şirkət Abu Dabi Milli Neft Şirkətidir. Belə bir şirkətin təmsilçiliyi qərblə, şərq arasında yeni münasibətlər formalaşdıracaq."

Ekspert qeyd edib ki, Azərbaycanın indiyə qədər imzaladığı 40-a yaxın hasilatın pay bölgüsü və risk servis tipli müqavilələri çərçivəsində faktiki olaraq ərəb şirkəti yox idi:

"Bir vaxtlar Azəri-Çıraq-Günəşlidə yarı ərəb şirkəti olub, ancaq onlar da sonradan paylarını satıb gediblər".

İ. Şaban əlavə edib ki, Abşeron qaz-kondensat yatağı Şahdəniz -2 kimi mürəkkəb geoloji struktura malikdir:

"Lakin Şahdəniz-2 layihəsindən daha dərində yerləşir. Ona görə də Abşeron qaz-kondensat yatağında da manifold texnoloji üsuluyla hasilatın həyata keçirilməsi baş verəcək. Bu isə çox bahalı layihədir. Bu baxımdan da SOCAR və TotalEnergies yarıbayarı paya malik idilər. Onlar öz paylarından hərəsi 15% kəsib ərəb şirkətin satışa çıxardılar. Bu, Abşeron-2 layihəsi üzrə mümkün kapital yatırımında risklərin daha azaldılması mənasını verir".

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Anlaşma Memorandumu imzalayıb. İmzalanmış sənəd SOCAR-ın Əbu-Dabidə kəşfiyyat və hasilat üzrə layihələrdə iştirakını və ADNOC tərəfindən müvafiq dəstəyin göstərilməsini nəzərdə tutur. Tərəflər həmçinin üçüncü ölkələrdə neft-qaz sektorunda investisiya imkanları ilə bağlı potensial əməkdaşlıq istiqamətlərini araşdıracaq. Şirkətlər o cümlədən, bərpaolunan enerji və aşağı karbon həlləri sahəsində əməkdaşlıq edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti