...

Mərkəzi Bankda İşçi qrupun ilk iclası keçirildi

İqtisadiyyat Materials 13 Sentyabr 2023 15:20 (UTC +04:00)
Mərkəzi Bankda İşçi qrupun ilk iclası keçirildi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankında (AMB) makroiqtisadi dayanıqlılıq üzrə İşçi qrupun ilk iclası keçirilib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətininin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 12 iyun tarixli 487s nömrəli Sərəncamı ilə yaradılmış və sədrliyi Azərbaycan Mərkəzi Bankında həvalə edilmiş Makroiqtisadi dayanıqlılıq üzrə İşçi qrupun AMB-nin əsas inzibati binasında ilk iclası keçirilib.

İclasda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Daxili və xarici təsirlərə dayanıqlıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin 2023-cü ilin birinci yarımili üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair ətraflı məlumat verilib, həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması istiqamətində İşçi qrupu üzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələr aparılıb, habelə növbəti addımlar müəyyən edilib.

İclasda Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Əmək və əhalinin sosial müdafiəsi Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dövlət Neft Fondunun, İpoteka və Kredit Zəmanət Fondunun, Əmanətlərin Sığortalanması Fondunun və Aqrar Sığorta Fondunun nümayəndələri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti