...

Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşu 3 dəfə artıb - Mərkəzi Bank

İqtisadiyyat Materials 13 Sentyabr 2023 16:32 (UTC +04:00)
Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşu 3 dəfə artıb - Mərkəzi Bank
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin birinci yarısında Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 45 milyon 446 min dollar təşkil edib.

Trend Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 dəfə və ya 30 milyon 167 min dollar çoxdur. 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşu 15 milyon 447 min dollar təşkil edib.

Qeyd edək ki, bu dövrdə Gürcüstanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu isə 37.2% azalaraq 8.9 milyon dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti