...

Macarıstan Türkiyədən 275 milyon kubmetr qaz alacaq

İqtisadiyyat Materials 17 Sentyabr 2023 18:03 (UTC +04:00)
Macarıstan Türkiyədən 275 milyon kubmetr qaz alacaq

Bakı. Trend:

Macarıstan Türkiyə ilə müqavilə imzalayıb və müqaviləyə əsasən, yeni ilin əvvəlində ondan 275 milyon kubmetr qaz alacaq.

Trend xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

Rusiya-Ukrayna müharibəsi nəticəsində əvvəlki marşrutlar pozulduğu üçün Macarıstan indi neft və qaz tədarükü üçün yeni marşrutlar axtarmağa məcburdur.

XİN başçısının sözlərinə görə, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq sayəsində bu sahədə ciddi imkanlar açılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti