Bakı. Trend:
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
Trend xəbər verir ki, bu barədə AMBməlumat yayıb.
Bildirilib ki, hərracda tələb 45.5 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, bu göstərici ötən hərracdan 71% çoxdur. Belə ki, 19 sentyabr tarixində keçirilən valyuta hərracında banklar 26.6 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.