Bakı. Trend:
Xəzər dənizi və Mərkəzi Asiya regionunda aparıcı yük aviaşirkəti olan "Silk Way West Airlines" fəaliyyəti barədə barədə videoçarx təqdim edib.
Trend xəbər verir ki, videomaterialda 2012-ci ildə İpək Yolunun düz mərkəzində qurulmuş "Silk Way West Airlines" şirkətinin hər ay bütün dünyada yüzlərlə reys həyata keçirdiyi qeyd olunub.
"Silk Way West Airlines" son illər ərzində "Boeing" ilə beş yeni "Boeing 777F" yük təyyarəsi və iki müasir tipli "777-8" yük təyyarəsinin satın alınması üzrə strateji saziş imzalamaqla donanmasını genişləndirib.
Bütün dünyada bir çox istiqamətdə reyslər həyata keçirən "Silk Way West Airlines" şirkəti həmçinin 2022-ci ildə "Airbus" ilə iki "A350" yük təyyarəsinin satın alınması barədə razılığa gəlib. Aviaşirkətin illik yük dövriyyəsi 500 min tonu ötür. "Silk Way West Airlines"in böyüməkdə olan marşrut şəbəkəsi Avropa, Müstəqil Dövlətlər Birliyi (MDB), Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya və Amerikada 40-dan çox istiqaməti əhatə edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)