...

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb - Pərviz Şahbazov

İqtisadiyyat Materials 17 Oktyabr 2023 09:23 (UTC +04:00)
Azərbaycan elektrik enerjisinin istehsalını artırıb - Pərviz Şahbazov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2023-cü ilin yanvar-sentyabr aylarında elektrik enerjisi istehsalını 28,2 milyon kilovat-saat artırıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə səhifəsində yazıb.

O vurğulayıb ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi istehsalı 21,538 milyard kilovat-saat təşkil edib.

Nazirin paylaşımında o da bildirilir ki, 2023-cü ilin hesabat dövründə Azərbaycandan elektrik enerjisi ixracı 1,841 milyard kilovat-saat, idxalı isə 179,6 milyon kilovat-saat təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə ölkədə illik müqayisədə 4 faiz artaraq 28 milyard 988 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. İxrac 3 milyard kilovat-saatdan artıq elektrik enerjisi, 137,1 milyon kilovat-saat idxal isə elektrik enerjisinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti