...

"Xalq Bank"dan sahibkarlara Mastercard Business kartı hədiyyə!

İqtisadiyyat Materials 19 Oktyabr 2023 11:36 (UTC +04:00)
"Xalq Bank"dan sahibkarlara Mastercard Business kartı hədiyyə!
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xalq Bank fərdi sahibkar müştəriləri üçün yeni kampaniyaya start verir. 31 dekabradək davam edəcək kampaniya müddəti ərzində biznes sahibləri Xalq Bankın təqdim etdiyi Mastercard Business ödəniş kartını pulsuz əldə edə biləcəklər. Mastercard Business kartı özündə həm nağd, həm nağdsız ödəniş imkanlarını birləşdirməklə sahibkarların əvəzedilməz biznes alətidir. Bu kart vasitəsilə ezamiyyət, kommunal, gömrük və digər xərclərin, eyni zamanda onlayn alışların ödənişlərini həyata keçirmək, dünyanın istənilən yerində vəsait nağdlaşdırmaq mümkündür.

Kart üzrə əməliyyatlara nəzarət və müxtəlif əməliyyat limitlərinin tənzimlənməsini isə müasir və funsional XalqOnline mobil və internet bankçılıq sistemi vasitəsilə həyata keçirmək mümkündür.

Kampaniya çərçivəsində sahibkarlar AZN, USD, EUR, GBP valyutalarında 1 illik Mastercard Business kartını pulsuz əldə edə bilərlər. Kartı Xalq Bankın filiallarında, yaxud XalqOnline kabineti üzərindən onlayn sifariş etmək mümkündür.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti