Bakı. Trend:
Əgər etibarlı maliyyə tərəfdaşınız varsa, biznesinizin inkişaf planını, layihələrdə iştirakınızı, alqı-satqı proseslərini, beynəlxalq kommersiya əməliyyatlarınızı rahatlıqla həyata keçirə bilərsiniz. "Unibank" öz biznes müştərilərinə bank zəmanəti verərək, hər zaman biznes sahiblərinin yanındadır. İstər ölkədaxili, istərsə də beynəlxalq əməkdaşlıqda "Unibank! biznes müştərilərinə bank zəmanəti xidmətini təklif edir.
Bu xidmət sayəsində bank biznes müştərisinin 150 min manatadək olan borc öhdəliklərinə girovsuz zəmanət verir. "Unibank" müştəriləri tender, avans, ödəniş, icra və gömrük qarantiyalarından istifadə elə bilərlər. Biznes müştəriləri, həmçinin, beynəlxalq ticarət üçün Avropanın yüksək reytinqli bankları qarşısında “Unibank”ın zəmanətlərindən istifadə imkanı qazanırlar.
“Unibank”ın verdiyi zəmanətlərlə biznes tərəfdaşları öz risklərini minimuma endirə bilərlər.
Bankın təklif etdiyi zəmanətlər haqqında daha ətraflı saytdan (https://unibank.az/az/corporatemenus/174/qarantiyalar ) məlumat ala bilərsiniz.
“Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filialları, “Unibank" biznes mərkəzi”, “Sədərək” Biznes Mərkəzi, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.
"Unibank" - Sənin Bankın!